RU

Ötən il xarici ticarətdə müsbət saldo 8,2 dəfə azalıb

BAKI, 21 yanvar. TELEQRAF

Bu ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3,8% artaraq 49 milyard 422.58 milyon ABŞ dolları təşkil edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, son bir ildə ölkə üzrə ixrac 5,69% azalaraq 25 milyard 42.85 milyon ABŞ dolları, idxal isə 15,7% artaraq 24 milyard 379.73 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 663.12 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 8,2 dəfə azdır.

Избранный
101
teleqraf.com

1Источники