RU

20 Yanvar və xalqımızın unudulmaz qəhrəmanlığı - AÇIQLAMA

36 il əvvəl yanvarın 19-dan 20-ə keçən gecə on minlərlə Sovet əsgəri müstəqillik tələb edən Bakıya basqın etdi. Azərbaycan, Bakı təslim olmadı, Moskvada gözlədikləri kimi diz çökmədi, ram olmadı. Tarixi yaddaş oyandı, əsrlərdən gələn, süzülən milli dövlətçilik ruhu dirçəldi və bütün qırmızı imperiyanı-SSRİ-ni titrətdi, sarsıtdı.

QHT.az xəbər verir ki, bu sözləri “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov bildirib. Onun sözlərinə görə, 20 yanvar həm də Qürur günlərimizdən biridir. Gənclərin top-tank üzrəində əliyalın, dik yeridiyi gündür. Çağdaş dünya tarixində belə nümunələr çox azdır:

"20 yanvarda Azərbaycan gənclərini qəhrəman edən bu ruh, çağırış 2020-ci ildə də özünü bir daha nümayiş etdirdi. Xalq yumruq kimi birləşdi, Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında bir ordu oldu, II Qarabağ Müharibəsində tarixi zəfər qazandı. Bu qələbə, həm də 20 yanvarda yoğrulmuşdu. O ağır günlərdə Bakıya gələn və xalqımızın yanında olan tanınmış qazax şairi Oljas Süleymenov bu ruhu yaxşı izah edib: "Tarixini xatırlayan bir millətin gələcəyi var. Bunu bilirəm, çünki çətin dövrlərdə, Azərbaycan xalqının yaşamaq və gələcəyə doğru yolunu davam etdirmək qabiliyyətinin sınağından keçdiyi vaxtlarda orada idim". Xalqımız tarixini unutmur, unutmayacaq! Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun! Allah Qazilərimizı qorusun!"

Избранный
35
qht.az

1Источники