RU

Paşinyanın spiker planı: Lilit Makuntsun namizədliyi gündəmdə –ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan gələcək parlamentdə spiker postuna ölkənin ABŞ-dəki sabiq səfiri Lilit Makuntsun gətirilməsini hədəfləyir. 

Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Məlumata görə, Paşinyan bu planı reallaşdırmaq üçün Makuntsun partiyadaxili səsvermədə ən çox səsi toplamasını təmin etmək niyyətindədir. Hakim "Mülki Müqavilə" partiyasının fevralın 15-nə təyin olunan qurultayında seçki siyahısının təsdiqlənəcəyi gözlənilir. Qurultayda 1000 nümayəndə 280 nəfərlik ümumi siyahıdan ilk 50 namizədi müəyyən edəcək.

Qəzet qeyd edir ki, Paşinyan seçki prosesinin "demokratik" görünməsi üçün səsverməni iki mərhələdə keçirməyi planlaşdırır: Nümayəndələr siyahıdakı yerini təyin etmədən sadəcə 50 nəfəri seçəcəklər.
Bu mərhələdə namizədlərin siyahıdakı ardıcıllığı müəyyən ediləcək və məhz burada Paşinyan Makunts üçün yüksək yer təmin etməyə çalışacaq.

Bundan əvvəl "Joqovurd" qəzeti də hakim partiyanın seçki siyahısını üç gün ərzində "canlı yayım" formatında təsdiqləməyi planlaşdırdığını yazmışdı.

Xatırladaq ki, Ermənistanda parlament seçkilərinin 2026-cı ilin iyununda keçirilməsi gözlənilir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
123
olaylar.az

1Источники