RU

Azərbaycan və Qətər arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (FOTO)

Bakı.Trend:

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini –Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik KərimVəliyev Qətərə səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavinivə müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud binƏbdülrəhman bin Həsən Al Tani və Silahlı Qüvvələrinin Baş Qərargahrəisi general-leytenant Casim bin Məhəmməd Al Mannai iləgörüşüb.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Qətər Dövlətindəkifövqəladə və səlahiyyətli səfiri Adış Məmmədovun da iştirak etdiyigörüşlərdə “DIMDEX 2026” sərgisinin ölkələrin dənizdən müdafiəqabiliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığıvurğulanıb.

Tərəflər hərbi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinəəminlik ifadə edərək Azərbaycan ilə Qətər arasında hərbi vəhərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinimüzakirə edib, birgə hərbi təlimlərin keçirilməsinin vacibliyinibildirib, habelə maraq doğuran bir sıra digər məsələlər ətrafındageniş fikir mübadiləsi aparıblar.

Azərbaycan
Избранный
130
25
az.trend.az

10Источники