RU

Azərbaycandan ixrac olunan polietilen 13 faizə yaxın artıb

Bakı, 21 yanvar, AZƏRTAC

2025-ci ildə Azərbaycanın polietilen ixracı 12,7 faiz artaraq 130,1 min ton olub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 141,5 milyon dollar təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə 129 milyon dollarlıq 115,4 min ton polietilen ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Избранный
77
1
azertag.az

2Источники