
ABŞ Konqresi Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonu ölkənin yeni lideri seçib.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, "The New York Times" (NYT) qəzeti bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvləri Kapitolidə Venesuela müxalifət lideri ilə qapalı görüşdən çıxarkən ona tam dəstəklərini bildiriblər.
Texas ştatının nümayəndəsi Mayk Loler bildirib ki, Maçado ölkəyə rəhbərlik etmək üçün "lazım olan hər şeyə" malikdir.
"O, Venesuelanı növbəti səviyyəyə qaldırmaq üçün ən uyğun liderdir. Bizə demokratiyaya və seçkilərə keçid lazımdır və düşünürəm ki, bu, mümkün qədər tez baş verməlidir",- Mayk Loler qeyd edib.
İlahə Qənbərli
Missiya.Az