RU

Kiyevdə humanitar fəlakət İnsanlar donur KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Kiyev meri Vitali Kliçko Britaniyanın “The Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, Rusiya hərbi hücumları səbəbindən Kiyev humanitar fəlakətin astanasındadır.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya raketləri Kiyevdəki istilik elektrik stansiyalarından birinə dəyib. Kliçko əlavə edib ki, “Əsas kommunal xidmətlər – istilik, su və elektrik enerjisi ilə bağlı vəziyyət kritikdir. Hazırda 5600 yaşayış binası istiliksiz qalıb”.

O, imkanı olan sakinləri dərhal paytaxtı tərk etməyə çağırıb.

Qeyd edək ki, Kiyevi yaxın illərdə 600 min insan tərk edib.

Ağagül Mürsəlov,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
95
2
konkret.az

3Источники