RU

Arvadını boynundan və sinəsindən bıçaqladı, cəsədini bağda basdırdı

7News.az xəbər verir ki, Kardiffdə ərindən ayrı yaşayan 37 yaşlı iş qadını Paria Veisi əri tərəfindən döş və boyun nahiyəsindən bıçaqlanaraq öldürülüb. Polisin araşdırmaları təsdiqləyib ki, Paria Veisinin cəsədi onun ayrıldığı əri Alireza Askariyə məxsus şəhərətrafı evin bağçasında tapılıb. Müayinə zamanı onun döş qəfəsinin yuxarı hissəsində və boynunda çoxsaylı bıçaq xəsarətləri aşkar edilib. Əvvəl qətl ittihamını rədd edən 42 yaşlı Alireza Askari indi günahını etiraf edib. Qətl şübhəlisinə hökm fevralın 13-də Suonsi Kral Məhkəməsində elan olunacaq.
Избранный
20
7news.az

1Источники