RU

Milli Məclisdə XİN nümayəndələrinin iştirakı ilə görüşlər keçiriləcək

Bakı. Trend:

Milli Məclisdə Xarici İşlər Nazirliyinin nümayəndələrininiştirakı ilə görüşlər keçiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlərvə parlamentlərarası əlaqələr komitəsinin 2026-cı il yaz sessiyasıüçün İş Planına daxil edilib.

Belə ki, yaz sessiyasında komitədə Prezident İlham Əliyevinmüəyyənləşdirdiyi xarici siyasət kursu çərçivəsində qarşıda duranstrateji istiqamətlərin nəzərdən keçirilməsi, o cümlədən yenigeosiyasi və geoiqtisadi reallıqlar fonunda hədəflər vəçağırışlarla bağlı müzakirə aparılması məqsədilə Xarici İşlərNazirliyinin nümayəndələrinin iştirakı ilə komitədə görüşlərinkeçirilməsi, zəruri olduğu təqdirdə, müvafiq rəy, təklif vətövsiyələrin verilməsi planlaşdırılır.

Komitənin 2026-cı il yaz sessiyası üçün İş Planına həmçininaşağıdakı məsələlər də daxil edilib:

  • Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə sıx əməkdaşlıqçərçivəsində xarici ölkələrdə yaşayan soydaşlarımızla və fəaliyyətgöstərən Azərbaycan təşkilatları ilə əlaqə saxlayaraq bu əlaqələriinkişaf etdirmək məqsədilə DİDK-nin yüksək vəzifəli rəsmilərininiştirakı ilə görüşlərin təşkili;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsiilə əlaqədar işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbitəcavüzünün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasızamanı bölgədə yaranmış yeni reallıqlara uyğun beynəlxalq miqyasdaiş aparılması;
  • “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasıçərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaictimaiyyətinə çatdırılması və bu faciənin Azərbaycan xalqına qarşısoyqırımı aktı kimi tanınması istiqamətində həyata keçirilənməqsədyönlü fəaliyyəti davam etdirmək;
  • Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrəişçi qrupları və beynəlxalq parlament təşkilatları üzrə nümayəndəheyətləri ilə görüşlər keçirərək parlamentlərarası fəaliyyəti dahada inkişaf etdirmək məqsədilə beynəlxalq fəaliyyətin əsasistiqamətləri ilə bağlı yardım göstərmək;
  • Regionumuzda, həmçinin dünyada Azərbaycanın milli maraqlarınınlayiqli və peşəkar səviyyədə müdafiəsi məqsədilə müvafiq dinləmələrkeçirmək.
Избранный
89
3
az.trend.az

4Источники