RU

Dünyanın nə gözəl vaxtı görüşdük Günün şeiri

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Dünyanın nə gözəl vaxtı görüşdük" şeirini təqdim edir.

Əridi həsrətim, açıldı buzum,

Cənnət ətri verdi çörəyim, duzum.

Getdi qar-boranım, gəldi Novruzum,

Allah üzümüzə baxdı, görüşdük.

Üz-üzə dayandıq, göz-gözə durduq,

Dünyanın nə gözəl vaxtı görüşdük!

Qarın qar ətri var, barın bar ətri,

Bir çiçək ətri var, bir də yar ətri,

Arzular dalğası, duyğular ətri,

Ürəkdən-ürəyə axdı, görüşdük,

Dünyanın nə gözəl vaxtı görüşdük!

Qurban kəsilirəm mən bu axşama,

Danışdın dilindən bal dama-dama,

Sənintək işığa, mənimtək şama,

Tale öz odunu yaxdı, görüşdük.

Dünya gözəlləşir gözəl güləndə,

Dünyanın nə gözəl vaxtı görüşdük!

Abadlıq gətirdi bir viranlığa,

Gəlişin son qoydu lal qaranlığa,

Zəlimxan yenə də çatdı xanlığa,

Güldü gözəlliyin taxtı, görüşdük.

Ay salam göndərdi, Gün əhsən dedi

Dünyamn nə gözəl vaxtı görüşdük!

Bəs niyə az görür səni şeirimiz? - Məmməd Araz

Əli Kərimi məğlub edən şair - Onu niyə Yazıçılar Birliyindən çıxartmaq istəyirdilər?

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirildi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
kulis.az

2Источники