RU

Ziya Bünyadov prospektində boya mağazasında yanğının yayılmasının qarşısı alınıb - Foto

Nərimanov rayonu Ziya Bunyadov prospektində yerləşən boya satışı və başqa bir neçə mağazada yanğın baş verib..

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Poliqon xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Poliqon.info

Избранный
109
6
poliqon.info

10Источники