RU

Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb.

Publika.az xəbər verir ki,Musavat.com-a daxil olan məlumata görə hərracdan satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür.

Vidadi Zeynalov 2015-ci ilin noyabr ayında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri ilə birlikdə həbs edilib və onların əmlakının üzərinə həbs qoyulub. İttihamda Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə əlbir olaraq 73 milyon 590 min manat pul vəsaitini mənimsədiyi göstərilirdi.

Vidadi

O, Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham olunub. 2017-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ilə endirilib. 2019-cu ildə Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalov azadlığa buraxılıb. Məhkəmə istintaqı dövründə Vidadi Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulmuşdu. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına idi.

Избранный
81
2
publika.az

3Источники