UEFA Çempionlar Liqasının VII turunda baş tutacaq “Qarabağ” – “Ayntraxt” görüşünün şərhçisi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “CBC Sport”dan canlı yayımlanacaq matçı Ramiz Mirzəzadə şərh edəcək. Bu vacib oyunun ona tapşırılması sosial şəbələrdə azerkeşlər tərəfindən də müsbət qarşılanıb.
“Qarabağ” – “Ayntraxt” matçı bu gün saat 21:45-də start götürəcək.