RU

Prezidentin məşhur şirkətin direktoru ilə səmimi dialoqunun videosu

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən gün Davosda “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə dövlət başçısına sual ünvanlayan ABŞ-nin aktivlərin idarə edilməsi üzrə “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Consonla İlham Əliyev arasında maraqlı dialoq yaşanıb.

Belə ki, şirkət direktoru dövlət başçısına xizək sürməsini xatırladaraq Azərbaycanda xizək sürdüyünü və ölkəmizdə ən müasir qurğuların olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev isə bildirib: “Mənim xizəkçi olduğumu sizdən eşitmək qızıl medal almaq kimidir. Çünki Cenni həqiqi çempiondur. Çox şadam ki, o, Azərbaycanda xizək sürməkdən zövq alıb”.

Qeyd edək ki, bu il yanvarın əvvəlində Prezident İlham Əliyevin nəvələri ilə birlikdə Şahdağda xizək sürməsini əks etdirən görüntülər də yayılmışdı.

Sözügedən videonu təqdim edirik:

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
78
5
cebheinfo.az

8Источники