
Barselonada şəhərətrafı qatar qəzası nəticəsində 28 yaşlı təcrübəçi mühəndis ölüb, 37 nəfər xəsarət alıb.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, qatar güclü yağış səbəbindən relslərə çökmüş istinad divarına çırpılıb. Bildirilib ki, Lokomotiv kabinəsində olan təcrübəçi mühəndis hadisə yerində həlak olub, digər 3 heyət üzvü ağır yaralanıb. Ümumilikdə 37 sərnişindən 5-i ağır, 6-sı orta, 26-sı isə yüngül xəsarət alıb.
Qatarın birinci vaqonu toqquşmanın təsirindən tamamilə deformasiyaya uğrayıb.
Seyranə QuliyevaMissiya.Az