RU

Niyaməddin Musayevin qızı Qumralın ifasını “YouTube”dan sildirdi

Niyaməddin Musayevin qızı Röya müğənni Qumralın ifasını "YouTube"dan sildirib.

"Yeni Sabah" olay-a istinadla xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb.

Qumral “Dünya sənin, dünya mənim” mahnısının silinməsinə dair deyib:

“Mənə dedilər ki, Röya xanım sildirib. Onunla yaxın olmuşuq, çörək kəsmişik. Yazdım, məni bloka atdı. Maraqlıdır ki, niyə mən? Mən də əziyyət çəkirəm”.

Röya xanım isə mahnının səhv oxuduğunu bildirib:

“O, mənə heç nə yazmayıb. Sizdən xahiş edirəm, bu cür qalmaqallara sövq etməsinlər. Özümə də, atama da sığışdırmıram. Atama dedim ki, əgər bu söhbət açılsa, efiri tərk et. Bu barədə onunla 2 saat danışmışıq. Qumralın çıxışına baxdım, atama dedim ki, icazə verməyəcəyəm. Çünki atamın mahnıları ilə bağlı müəllif hüquqları məndədir.  Mahnıda “cütlənmiş” əvəzinə “cütləşmiş” dediyi üçün bunu etmişəm. Həm də o xanım ümumiyyətlə icazə almayıb. Müəllif hüquqları qorunur, işimizə peşəkar yanaşmışıq. İcazə alınmalıdır”.


Telegram kanalımız
Избранный
64
3
yenisabah.az

5Источники