BAKI, 21 yanvar. TELEQRAF
Vahid tarif cədvəli ilə əlaqədar hökumətdə iş aparılır.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
O qeyd edib ki, vahid tarif cədvəlinin yeni versiyası təsdiq olunandan sonra sizin dediyiniz məsələyə baxa bilərik", - deyə komitə sədri deputat Vüqar Bayramova cavab olaraq bildirib.
Qeyd edək ki, deputat Vüqar Bayramov bəzi sektorlar üzrə minimum əməkhaqqının müəyyənləşməsini təklif edib.