RU

"Qrenlandiya əsas məsələ deyil" - NATO-nun baş katibi

NATO-nun baş katibi Mark Rutte vurğulayıb ki, heç bir hal Avropa liderlərinin diqqətini enerji infrastrukturuna zərbələr də daxil olmaqla, Rusiyanın hücumları fonunda Ukraynanı dəstəkləməkdən yayındırmamalıdır.

"Unikal" xəbər verir ki, bu barədə o, Davosda keçirilən Dünya İqtisadi Forumunda müzakirələr zamanı bildirib.

NATO-nun baş katibi vurğulayıb ki, "Risk ondadır ki, biz Qrenlandiyaya diqqət yetiririk, çünki bu məsələnin sülh yolu ilə həll olunmasını təmin etməliyik, amma əsas məsələ Qrenlandiya deyil. Əsas məsələ Ukraynadır. Sadəcə, hazırda Rusiya raketləri və dronları Ukraynadakı enerji infrastrukturuna hücum edir. Bilirik ki, hazırda Kiyevdə mənfi 20 dərəcə şaxta var... Ukrayna ehtiyac duyduğu elektrik enerjisinin yalnız 60 faizini istehsal edə bilir". 

Избранный
13
1
unikal.az

2Источники