Muzeydə saxlanılan “mamont”un balina olduğu üzə çıxıb
Ajans.az ScienceAlert-ə istinadən xəbər verir ki, bu kəşf radiokarbon tarixləndirməsi və DNT analizindən sonra ortaya çıxıb. Sümüklər 1951-ci ildə arxeoloq Otto Geist tərəfindən Alyaskada tapılıb və Şimal Alyaska Universiteti Muzeyində “Mamontu övladlığa götürmək” proqramı çərçivəsində alimlərə təhvil verilmişdi. DNT və digər tədqiqatlar göstərib ki, fosillər yunlu mamontun deyil, qədim balinanın — ya Şimali Sakit Okean balinası, ya da minke balinası — qalıqlarıdır. Fəqərələrin ölçü və forması mamont fəqərələri ilə oxşarlıq təşkil etdiyindən onlar uzun müddət səhvən mamont hesab olunub. Sümüklərin təxminən eramızdan əvvəl 1000-ci ilə aid olduğu bildirilib. Bu, Alyaskadakı mamontların təxminən 13 000 il əvvəl yox olduğu nəzəriyyəsi ilə ziddiyyət təşkil edir. Sümüklərin kimyəvi tərkibi — yüksək azot-15 və karbon-13 izotopları — onların dəniz mənşəli olduğunu göstərir. Alimlər indiyə qədər balina sümüklərinin sahildən 400 kilometr aralıda necə tapıldığını araşdırır. Mümkün izahlar arasında kataloqlaşdırma xətası, qədim insanlar tərəfindən daşınması və ya nadir hallarda çaylar vasitəsilə üzərək sahilə çıxması nəzərdə tutulur. Bu kəşf muzey kolleksiyalarında saxlanılan nümunələrin düzgün identifikasiyasının nə qədər vacib olduğunu bir daha sübut edir.