RU

Hər şey qadına verdiyi bu suala görə oldu Tanışını döydü, hakim bağışladı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəmkir rayonunda 1978-ci il təvəllüdlü Əlvan aralarında yaranmış mübahisə zamanı tanışı Elmara (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 28-də Şəmkir şəhəri, N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində baş verib. 

Əlvan həmin gün saat 18:30-da aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı baş zərbəsi ilə Elmarın baş və sifət nahiyəsinə vurub. 

Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində şikayət edən Elmar onun tanışıdır:“Həmin şəxslə aramızda normal münasibətlər olub. Mayın 28-də Elmarın qeyri-rəsmi sevgi münasibətində olduğu adını bilmədiyim xanımı gördüm. Həmin xanıma yaxınlaşaraq nə səbəbə Elmarla olan münasibətinə son qoyduğunu soruşdum. Həmin xanım Elmardan gileyləndi və münasibətlərinin pozulduğunu bildirdi. Daha sonra həmin xanımla sağollaşdım və əyləşdiyim yerə qayıtdım. Təxminən 20 dəqiqə sonra Elmar oraya gəldi və mənimlə salamlaşdı. Elmardan nə səbəbə qeyri rəsmi sevgi münasibətində olduğu xanımla ayrıldığını soruşdum. Həmin xanımın bir müddət əvvəl burada olduğunu dedim. Həmin vaxt Elmar əsəbləşdi və məni qeyri-etik ifadələrlə söyərək təhqir etdi. Elmarın sözlərindən əsəbləşdim və onun üzərinə yeriyən zaman ətrafda olan tanımadığım şəxslər bizi ayırdı. Elmar oradan ayrıldı. Mən də oranı tərk edərək yaşadığım evə getdim”.Əlvan qeyd edib ki, həmin gün saat 18:30-da çayxanaya gedib: “Çayxanaya daxil olduğum zaman Elmarında orada gördüm. Mən Elmarı çayxanadan çölə çağırdım və onun işlədiyi su matoru təmir edilən iaşə obyektinin qarşısına gəldik. Həmin vaxt Elmara işlətdiyi söyüşlərə görə irad bildirdim və üzr istəməsini tələb etdim. Elmar yaxşı etdiyini və üzr istəməyəcəyini dedi. Həmin an Elmarın bir yerdə işlədiyi Amin adlı şəxs bizi görərək yanımıza yaxınlaşdı. Mən əsəbləşərək baş zərbəsi ilə Elmarın üz nahiyyəsinə vuraraq onu döydüm. Bu vaxt Amin bizi ayırdı, mən oranı tərk etdim”.Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş şəxs ondan şikayətçi olmayıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
demokrat.az

1Источники