RU

Kökəlmək üçün nə etmək lazımdır? - AÇIQLAMA

"Kökəlmək istəyən şəxslər üçün ilk növbədə sağlam qidalar tövsiyə olunur. Bunlara quş əti, balıq, yağsız qırmızı ət, bol meyvə-tərəvəz və dənli-taxıllı bitkilər daxildir. Bu qidalar sağlam şəkildə çəki artımı üçün əsas formulu təşkil edir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı qrup diet proqramlarının sağlamlığa təsiri haqqında qastroenteroloq Emin Məmmədov vurğuladı.

Onun sözlərinə görə, nadir hallarda da olsa, həqiqətən çox arıq olub kökəlmək istəyən insanlar olur və bu istək başadüşüləndir.

"Lakin bu halda mütləq şəkildə endokrinoloq və dietoloq məsləhəti alınmalıdır. Əsas məqsəd insanın kökəlməsinə mane olan səbəbi müəyyənləşdirməkdir. Məsələn, qlüten allergiyası olan və ya çölyak xəstəliyindən əziyyət çəkən insanlarda arıqlıq daha çox müşahidə olunur. Çünki bu şəxslərdə vitamin və mineralların sorulması pozulur və nəticədə çəki artımı baş vermir. Bəzən 50-60 yaşlı pasientlər müraciət edir, lakin bədən quruluşu orta məktəb şagirdini xatırladır. Bu zaman aydın olur ki, orqanizmdə sorulma prosesi normal getmir. Ona görə də problemin səbəbi bilinmədən, diaqnoz qoyulmadan konkret qida və ya üsul tövsiyə etmək düzgün deyil", - deyə qastroenteroloq bildirdi.

Nuriyyə NATİQQIZI

Избранный
97
1
redaktor.az

2Источники