RU

ABŞ-ın ikinci xanımı dördüncü övladını dünyaya gətirəcək

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin həyat yoldaşı Uşa Vens dördüncü uşağını dünyaya gətirəcək.

Publika.az xəbər verir ki, ölkənin ikinci xanımı bu barədə "X" hesabında paylaşım edib.

O, “Sizinlə həyəcanverici xəbərləri bölüşməkdən çox məmnunuq. Ailəmiz böyüyür!” yazaraq oğlan uşağı dünyaya gətirəcəyini elan edib.

Əsl adı Çilukuri olan hind əsilli Uşa Vens Kaliforniyanın San Dieqo şəhərində anadan olub və orada böyüyüb. Mexanika mühəndisi olan atası Hindistanın Andhra Pradeş şəhərindən ABŞ-a köçüb.

Избранный
42
publika.az

1Источники