RU

Qrup pəhriz proqramları fərdi sağlamlıq üçün təhlükəlidir - Həkim

"Qrup pəhrizlərinin ən təhlükəli tərəfi ondan ibarətdir ki, əgər bu proqramları hazırlayan şəxs peşəkar dietoloq deyilsə, pəhriz fərdi şəkildə yox, hamı üçün eyni şablon üzrə tərtib olunur. Halbuki hər insanın orqanizmi fərqlidir və eyni pəhriz hər kəs üçün uyğun ola bilməz. Belə hallarda pəhrizi tətbiq edənlər insanların sonradan üzləşdiyi sağlamlıq problemlərinə görə heç bir məsuliyyət daşımırlar. Bu isə ciddi risk yaradır".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı qrup diet proqramlarının sağlamlığa təsiri haqqında qastroenteroloq Emin Məmmədov qeyd etdi.

Həkimin sözlərinə görə, bu vəziyyətin yaranmasının əsas səbəblərindən biri pandemiya dövrüdür:

"COVID zamanı insanlar uzun müddət evdə qaldılar və hərəkətsizlik artdı. Nəticədə kökəlmə və piylənmə halları çoxaldı. Bu vəziyyətdən istifadə edən bəzi şəxslər internetdən əldə etdikləri səthi bilgilərlə və hətta süni intellekt vasitəsilə hazırlanmış pəhriz proqramlarını insanlara təqdim etməyə başladılar. İnsanların etibarından sui-istifadə edilərək bu proqramlar kütləvi şəkildə tətbiq olundu. Bu zaman isə həmin şəxsin öd daşı, insulin müqaviməti, hormonal pozuntuları və ya mədə-bağırsaq xəstəliklərinin olub-olmamasına diqqət yetirilmədi. Nəticədə insanlar bu pəhrizlərin fəsadlarını sonradan ağır şəkildə yaşadılar. Bu fəsadlar həm sağlamlığa zərər vurdu, həm də maddi baxımdan ciddi itkilərə səbəb oldu".

Nuriyyə NATİQQIZI

Избранный
117
1
redaktor.az

2Источники