RU

​İspanlar qorxuya düşüb:

Bu gün Çempionlar Liqində növbətu turun oyunları keçiriləcək. Türkiyənin “Qalatasaray” klubu doğma meydanda İspaniyanın “Atletiko Madrid” komandası ilə qarşılaşacaq.
Metbuat.az xəbər verir ki, İspaniya mediası bu oyuna ciddi maraq göstərir.Nüfuzlu “Marca” qəzeti axşam 20:45-də keçiriləcək matçla bağlı geniş yazı dərc edib. Qəzet ispanları ehtiyatlı olmağa çağırıb: “Türkiyədə futbol çox inkişaf edib. “Qalatasaray” modern bir Avropa komandasıdır. Ehtiyatlı oynamaq lazımdır”. İspan mediası “Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimenə də yer ayırıb: “Osimen sıradan bir ad deyil. “Qalatasaray”ın “Napoli”yə 75 milyon avro ödəməsi onu çempionat tarixinin ən bahalı futbolçusu edir. O, Osmanlı torpaqları ilə artıq tanış idi, daha əvvəl orada icarə əsasında oynamışdı, “Qalatasaray”ın İtaliyada əsas oyunçu olan Osimenə sərmayə qoyması turnirin səviyyəsini ağlasığmaz dərəcədə qaldırıb”. KİV Osimenin bu mövsüm Çempionlar Liqasında 4 matçda 6 qol vurdugunu xatırladıb: “Nigeriyalı futbolçunun Afrika Kubokundan qayıtması “Atletiko Madrid” üçün böyük təhlükədir”.

“Marca” ispanları İkardi və Saneyə qarşı da diqqətli olmağa çağırıb. Qeyd edib ki, bu 3 futbolçu meydanda “Atletiko Madrid”i məyus etməyə qadirdir.

Избранный
14
metbuat.az

1Источники