Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldonun heykəli yandırılıb.
Naməlum şəxs Madeyra şəhərində yerləşən heykəli yandırıb, qarşısında rəqs edib və bu sözləri deyib:
“Bu, Allahın son xəbərdarlığıdır”.
Daha sonra o, videonu sosial şəbəkə hesablarında paylaşıb.
Hazırda həmin şəxsin kimliyi araşdırılır.