RU

İtaliyaya güclü fırtına YAXINLAŞIR

Ajans.az xəbər verir ki, bu barədə İtaliya Vətəndaşların Müdafiəsi Departamenti məlumat yayıb. Departamentin açıqlamasına görə, həyəcan Siciliya, Sardiniya və Kalabriya adalarının bəzi bölgələrində qüvvədədir. Təhlükəsizlik məqsədilə 675 nəfər bu ərazilərdən təxliyə olunub. Çərşənbə, 21 yanvar tarixində bölgədə güclü yağış və fırtına küləyi gözlənilir.

The Sun qəzetinin məlumatına görə, dalğaların hündürlüyü doqquz metrə çatıb və şəhər küçələrindən güclü su selləri axıb. Mütəxəssislər əhalini ehtiyatlı olmağa və mümkün təhlükələrdən yayınmağa çağırır.

Избранный
45
Ajans.az

1Источники