RU

"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"

"SOCAR Karbamid" zavodunun ilk hədəfi daxili tələbatı ödəməkdir.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun direktoru Kutay Durna zavodun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul olunması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, karbamidin dünya bazarında qızıl, neft kimi qiymətləri var: "Bu qiymət həftəlik, gündəlik dəyişir. Məsələn, Misirdə, Səudiyyə Ərəbistanı, Türkiyə və ya Avropa ölkələrində onun qiyməti təxminən 400 dollardır. Bununla bağlı yeganə müəyyənləşdirici amil logistika xərcləridir. Əgər məhsulu sata bilmədiyimiz bir dövr olarsa, logistika xərclərini də qəbul edərək digər ölkələrə də göndərə bilərik. Keyfiyyətlə bağlı heç bir problem yoxdur. Çünki biz normal ümumi karbamid qiymətinə nisbətən, sırf bu keyfiyyətinə görə onu 10-20 ABŞ dolları daha baha satdığımız vaxtlar olur".

O bildirib ki, zavodun birinci hədəfi ilk növbədə daxili bazarı ödəməkdir: "Yəni daxili bazardakı bütün fermerləri təmin etdikdən sonra 85-90 %-lik yerdə qalan hissəni ixrac edirik. Hədəfimiz maksimum güclə istehsal etməkdir ki, müştəriyə də mal verə bilək. Bir sözlə, nə qədər istehsal ediriksə, hamısını sata bilirik. Yəni bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur. Maksimum güclə istehsal etdiyimiz təqdirdə hamısını sata bilirik".

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

İş elanları AzVak.az-da

© "Report"

SOCAR Karbamid SOCAR karbamid zavodu Sumqayıt Karbamid Zavodu karbamid istehsalı Azərbaycan azot gübrəsi istehsalı daxili bazarın təminatı fermerlər üçün gübrə karbamid ixracı SOCAR ixrac strategiyası Dünya İqtisadi Forumu Global Lighthouse Network Qlobal mayak şəbəkəsi sənaye 4.0 Azərbaycan gübrə bazarı karbamid qiymətləri logistika xərcləri Sumqayıt Kimya Sənaye Parkı gübrə sənayesi SOCAR sənaye müəssisələri Kutay Durna təbii qazdan gübrə istehsalı Azərbaycan gübrə ixracı karbamid bazar qiymətləri SOCAR innovasiya və rəqəmsallaşma
Избранный
50
1
marja.az

2Источники