RU

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 4 faiz artıb

Yazını böyüt
Yazını kiçilt

Ötən il muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 366 milyon 340 min 200 manat təşkil edib.

Hafta.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu, ötən illə müqayisədə 4,0 faiz çoxdur.

Ticarət şəbəkəsində 703 milyon 665 min 200 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 662 milyon 675 min manatlıq qeyri-qida məhsulları satılıb.

2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 198 milyon 489 min 600 manat olub ki, bu da 2024-cü illə müqayisədə 0,3 faiz çoxdur.

Избранный
160
3
hafta.az

4Источники