RU

Tramp Meksika Körfəzinə öz adını vermək İSTƏYİRDİ

Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib. Tramp deyib: “Niyə məhz Meksika Körfəzi? Bu, Amerika Körfəzi olmalıdır. Mən onu ‘Tramp Körfəzi’ adlandırmaq istəyirdim, amma belə etsəydim, öldürüləcəyimi düşünürdüm. Bunu etmək istəyirdim, amma etməməyə qərar verdim. Zarafat edirəm”. Qeyd olunur ki, 2025-ci ilin yanvarında Tramp Meksika Körfəzinin adını Amerika Körfəzi adlandıran sərəncam imzalayıb. Sərəncamda bu addımın körfəzdəki çiçəklənən iqtisadi resursları və onun ABŞ iqtisadiyyatı üçün əhəmiyyətini tanımaq məqsədilə atıldığı bildirilib.

 

Избранный
67
Ajans.az

1Источники