Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində ağır qəza olub.
News365.az xəbər verir ki, gecə saatlarında “Toyota” markalı 90-YK-749 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq supermarketə çırpılıb.
Hadisənin yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.
Qəza nəticəsində sürücünün xəsarət aldığı bildirilib. Avtomobil isə yararsız hala düşüb./// qafqazinfo