RU

Sanksiyalar, inflyasiya və daxili gərginlik: ABŞ-ın İrana qarşı əsas silahı- ÖZƏL 

ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi ssenarilər hazırlayır.
Demokratiyaların Müdafiəsi Fondunun baş məsləhətçisi Riçard Qoldberq bildirib ki, Donald Trampın masasında rejimin komandanlıq infrastrukturu, raket proqramı və neft obyektlərinin hədəfə alınması kimi variantlar var. Ekspertin sözlərinə görə, rəhbər strukturların iflic edilməsini nəzərdə tutan "rejimin başını kəsmək" planı da aktualdır. Qoldberq qeyd edib ki, İranda gizli icra edilən kütləvi edamlar Vaşinqtonun "qırmızı xətlərinin" pozulması kimi qiymətləndirilir.
Bu iddialar nə dərəcədə doğru ola bilər? Qoldberqin "rejimin başını kəsmək" ifadəsi Trampın hədəfinin sadəcə nüvə proqramını dayandırmaq deyil, birbaşa hakimiyyət dəyişikliyi olduğuna işarədirmi? 
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" İranda rejimin hakimiyyətdən uzaqlaşdırılması üçün ABŞ-ın Venesuellaya münasibətdə tətbiq etdiyi üsluba müraciət edəcəyi inandırıcı təsir göstərmir, zira burada fərqli reallıqlar mövcuddur və bu reallıqlar Xameneinin Maduro təki götürülməsini qeyri-mümkün edir, mühafizə, kəşfiyyat məlumatlarının obyektiv gerçəkliklərdən uzaq olma ehtimalı, məsafənin Venesuella ilə müqayisədə uzaqlığı (hərçənd bölgədə ABŞ hərbi bazaları da var) və.s amillərə istinadən İrana münasibətdə ABŞ-ın müraciət edəcəyi üslubun qeyri-effekt olacağını düşünməyə əsas verir. İrana raket zərbələrinin endirilməsi regionu uzun müddətli müharibə girdabına sürükləyə bilər, İranın belə bir müharibəyə uzun müddətdir ki, hazırlaşması, üstəlik bir sıra ərəb ölkələrində onun nəzarətində olan hərbi qüvvələr (Hizbullah, Həmas, Husilər) İran körfəzi rayonunda, bütövlukdə Yaxın və Orta Şərqdə ABŞ bazaları, üstəlik İsrail üçün ciddi təhlükə təşkil edə bilər. İranla birbaşa hərbi qarşıdurmaya getmək isə Çin, habelə Rusiyanın hadisələrə müdaxilə etməsinə gətirib çıxara bilər. Düşünürük ki, Tramp administrasiyası Tehrana münasibətdə ənənəvi siyasəti gücləndirməyə üstünlük verəcək, bu isə iqtisadiyyatın embarqo vəziyyətində bundan sonra da qalmasına, habelə sanksiyalar vasitəsilə İran iqtidadiyyatının, xüsusilə yanacaq sənayesinin, habelə maliyyə bank sektorunun çökdürülməsinə, İranda inflyasının yüksəlişi, pulun alıcılıq qabiliyyətinin zəiflədilməsi yolu ilə əhalini rejimə qarşı fasiləsiz etiraz çıxışlarına yönləndirmək, ölkədə sosial gərginliyi artırmaq, milli münasibətləri kəskinləşdirmək yoludur. Ölkəni daxildən parçalamaq, İran cəmiyyətinin daxilinə dağıdıcı gücə malik mina yerləşdirmək ABŞ maraqları baxımdan daha cəlbedici və perspektivli plan kimi görünür. İranın yanacaq sənayesinin birbaşa hədəfə gəlməsi qlobal yanacaq bazarında qiymətlərin qısa bir zamanda yüksəlişinə səbəb ola bilər ki, bu da Rusiyanın uzaq gedən maraqlarına cavab verə bilər. Bu halda Rusiyanın bu oyundan daha böyük qazanc götürəcəyi birmənalıdır. Çin isə əksinə qlobal yanacaq bazarında qiymətlərin qalxmasını rəsmi Pekin arzu etmir, zira o yanacağı idxal edən ölkə olaraq qiymətlərin aşağı olmasında maraqlıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
olaylar.az

1Источники