RU

105 illik klub fəaliyyətini dayandırır

Sloveniyanın “Domjale” klubu maliyyə problemləri səbəbindən fəaliyyətini dayandıracaq.

Publika.az xəbər verir ki, bu səbəbdən komanda ölkə çempionatının cari mövsümünü başa vura bilməyəcək. Bu barədə "Ekipa" nəşri məlumat yayıb.

“Son potensial investorlar da klubdan çəkildiklərini elan etdikdən sonra pərdə endi. Ölkədə dərin və zəngin ənənələrə, eləcə də ən yaxşı futbol məktəblərindən birinə sahib nüfuzlu klub fəaliyyətini dayandırır.

Uzun müddət uğurlu biznes modeli kimi göstərilən və Sloveniya futboluna çoxlu sayda keyfiyyətli oyunçu qazandıran klub qapılarını bağlayacaq. O, müflis olacaq və mövcudluğunu dayandıracaq. Kədərli, amma həqiqətdir”, - deyə qeyd edilib.

“Domjale” klubu 1921-ci ildə yaradılıb. Komanda iki dəfə Sloveniya çempionu olub (2006/07, 2007/08), iki dəfə Sloveniya Kubokunu (2010/11, 2016/17) və iki dəfə Sloveniya Superkubokunu (2007, 2011) qazanıb.

Избранный
53
publika.az

1Источники