RU

Hər ton karbamid istehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı 24%-dən çox azaldılıb - "SOCAR Karbamid"

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün "Sənaye 4.0"ıntətbiqi trend deyil, təhlükəsizliyin təmin olunması,rəqəmsallaşmanın artırılması, zavodlarda istehsal olunanməhsulların keyfiyyətinin yaxşılaşdırılması və iqtisadigöstəricilərin artırılması üçün istifadə olunan həllyollarıdır.

Trend xəbərverir ki, bunu "SOCAR Downstream Management" MMC-nin baş direktoruEmil Alxaslı bu gün "SOCAR Karbamid" zavodunun Dünya İqtisadiForumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul olunması münasibətiləkeçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "SOCAR Karbamid" zavodunun "Rəqəmsal Mayak"("Digital Lighthouse") layihəsi üzrə mükafat almasının əsas səbəbizavodda icra olunan rəqəmsallaşma, süni intellekt, "Sənaye 4.0"ıntələblərinə uyğun bir sıra həllərin tətbiqi və nəticədəsəmərəliliyin, istehsalat gücünün artırılması olub: "Mükafatınverilməsinin səbəblərindən biri plansız duruşların azaldılması vəbir sıra tətbiqlərin icra olunması ilə bağlıdır. Bu mükafat əsasənzavodun istismar komandasının gördüyü işlərin nəticəsi və rəqəmsalhəllərin tətbiqi nəticəsində səmərəliliyin artırılması vəfəaliyyətin yüksəldilməsi istiqamətində görülən işlərləəlaqədardır. Bu çərçivədə, layihə iki il ərzində icra olunub. 2023və 2024-cü illərdə əsas təməllər və ondan sonra analitik həllərintətbiqi ilə istismar gücünün yaxşılaşdırılması və xərclərinazaldılmasına nail olunub. Bu dövr ərzində zavodun istehsal gücü21%-dən çox artırılıb. Səmərəlilik baxımından, hər ton karbamidistehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı - təbii qazyanacağı - 24%-dən çox azaldılıb. Bu nailiyyəti əldə etmək üçün birsıra həll yollarından istifadə olunub".

E.Alxaslı vurğulayıb ki, SOCAR 2018-ci ildən bu şəbəkəyə qoşulub:"2020-ci ildə "Petkim", 2021-ci ildə isə "Star" neft emalı zavodubu mükafatı alıb. İndi isə Karbamid zavodu bu siyahıya daxil olub.SOCAR dünyada üç dəfə bu mükafatı alan yeganə dövlət neftşirkətidir".

Məqalədə:
Избранный
80
9
az.trend.az

10Источники