Aktual.az xəbər verir ki, o, bu barədə Dünya İqtisadi Forumunda danışıb.
"Düşünürəm ki, prezident Tramp haqlıdır. Biz Arktikanı qorumalıyıq. Çin və Rusiya bu bölgədə aktivliklərini artırırlar. Sadəcə Arktika ilə həmsərhəd olan 8 ölkə var ki, bunlardan 7-si NATO ölkəsidir. NATO ölkəsi olmayıb Arktika ilə həmsərhəd olan yeganə ölkə Rusiyadır. Hətta mən deyərdim ki, 9-cu bir ölkədə var ki, bu da Çindir. Çin Arktikada getdikcə daha da fəallaşır. Buna görə də düşünürəm ki, prezident Tramp haqlıdır. Biz Arktikanı Rusiya və Çinin təsirindən qorumalıyıq”, - Mark Rutte vurğulayıb.
Qeyd edək ki, Qrenlandiya dünyanın ən böyük adasıdır, Arktikada yerləşir, Danimarkanın muxtar ərazisidir. Donald Tramp isə israrla bildirir ki, o bu adanı istəyir.