Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-leytenant İqor Kirillovun öldürüldüyü terror aktını törətməkdə təqsirləndirilən Əhmədjon Kurbonov ömürlük azadlıqdan məhrum edilib.
APA-nın Moskva bürosu xəbər verir ki, məhkəmə generalın qətlində təqsirləndirilən Kurbonovu ömürlük həbsə və 1 milyon rubl cəriməyə məhkum edib.
Məhkəmə 2024-cü il dekabrın 17-də törədilən terror aktı işi üzrə təqsirləndirilən üç müttəhimə 25 il, 22 il və 18 il həbs cəzası təyin edib.