Rüfət Dadaşovun da formasını geydiyi “Dinamo” (Berlin) qış təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
"Football-plus.az" xəbər verir ki, berlinlilər "Klosterfeld"lə qarşılaşıb və 4:2 qalib gəlib. Dadaşov komandasının ikinci qolunu vurub.
"Dinamo"nun yarışdığı Regionalliqa Nordeastdə mövsümün ikinci yarısı yanvarın 30-da başlayacaq və 20-ci turun oyunlarına start veriləcək.
Dadaşovun komandası "Proyssen"lə qarşılaşacaq. Berlin təmsilçisi hazırda 17 xalla 15-ci yerdədi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта