RU

CNBC: “Uitkoff Putinlə görüşəcək”

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az xəbər verir ki, Amerika liderinin xüsusi nümayəndəsi “CNBC” telekanalına müsahibəsində Rusiyanın belə görüş keçirmək istədiyini bildirib. Stiven Uitkoff həmçinin Rusiya-Ukrayna müharibəsinin həllində “böyük irəliləyişin” olduğunu da iddia edib. “Ukraynalılar deyirlər ki, biz son bir neçə ildə gördüklərindən daha çox irəliləyiş əldə etmişik. Biz Cenevrə görüşündən sonra bu irəliləyişə nail olmuşuq. Beləliklə, son altı həftədə əhəmiyyətli irəliləyiş var”, - amerikalı məmur deyib. Bununla belə Uitkoff ərazi məsələsinin əsas maneə olaraq qaldığını, lakin sülh planının 90%-dən çox hissəsinin razılaşdırıldığını söyləyib.

“Sülh Şurası” Putinə görə iflasa uğraya bilər

Donald Trampın xüsusi nümayəndəsi ABŞ-nin həm Rusiya, həm də Ukraynaya “Sülh Şurası”na daxil olmağı təklif etdiyinə və hər iki tərəfin razılığını gözlədiyinə də diqqət çəkib. - Hər şey əla gedir. Biz dünya liderlərindən böyük reaksiya aldıq. Düşünürəm ki, 20, bəlkə də 25 dünya lideri artıq dəvəti qəbul edib. Əminəm ki, son nıəticədə Rusiya da bu layihəyə qoşulacaq”, - Uitkoff vurğulayıb. “Bloomberg” agentliyinə müsahibəsində xüsusi nümayəndə Moskvaya Amerika prezidentinin kürəkəni Cared Kuşnerlə birlikdə gələcəyini, sonra isə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaqlarını açıqlayıb. Bu arada Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “TASS” agentliyinə Rusiya prezidentinin yanvarın 21-də Stiven Uitkoffla görüşməyi planlaşdırdığını təsdiqləyib. Bundan əvvəl Peskov belə görüş barədə məlumat olan kimi , mətbuata xəbər veriləcəyini bildirmişdi. Yeri gəlmişkən, mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın “Qəzzada Sülh Şurası”na qoşulmaq üçün dəvət göndərdiyi ölkələrin əksəriyyətinin bu layihədə iştirakdan imtina etdiyini yazıb. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
azvision.az

2Источники