RU

"Orada avtobus zolağının olması nədir? Qəza baş verəcək" - Dj Tural

Ağ şəhərdən 8 Noyabr prospektinə çıxan ərazidə avtobus zolağının olması digər nəqliyyat vasitələri üçün çətinlik yaradır.

Ölkə.Az xəbər verir ki, bu barədə “AvtoStop” verilişinin aparıcısı DJ Tural paylaşım edib. O, ərazidə işıqfor quraşdırılmasını və ya sürücülərə zolağa daxil olmağa icazə verilməsini istəyib:

“Bura Ağ şəhərdən 8 noyabr prospektinə çıxan ərazidir. Dəfələrlə bu haqda danışmışıq, amma video çəkmək məcburiyyətində qalırıq. Əvvəlcə sağa dönmək üçün piyadalar yol verməli, daha sonra sol tərəfdən gələn nəqliyyat vasitələrini gözləməliyik. Buradan çıxanda ikinci zolağa çıxmaq məcburiyyətində qalırıq, çünki avtobus zolağı var. Məcburuq avtobus zolağının bu tərəfində duraq ki, bəxtimiz gətirsə, oradan avtobus gəlməsə, ikinci sıraya çıxa bilək. Əgər mümkündürsə, bu istiqamətdə ya icazə verin, biz avtobus zolağına daxil olub daha sonra ikinci zolağa keçək, ya da bura işıqfor qoyun. 

Bilmirəm, ideya kimə məxsusdur, sağa sağla dönmək lazımdır,ikinci zolaqla dönmək təhlükəlidir. Gec-tezi var, bir gün burada bir qəza baş verəcək, ondan sonra gətirib işıqfor qoyacaqlar. Özü də avtobus zolağı çox qısa bir yerdədir.O avtobus zolağının orada olmasının mənası nədir ki?”,- deyə o söyləyib.

Billurə Yunus

Избранный
82
1
olke.az

2Источники