RU

Zahid Sarıtorpaq istefa verdi

Yazıçı Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən imtina edib.

 

Bu barədə o, sosial şəbəkə hesabındakı açıqlamasında bildirib:

 

"Son qərarımı verdim: AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram. Nə isə...

 

Fikrimi ilk dəfə burdan bildirirəm: Xoşca qalın, getdim..."

 

Xatırladaq ki, AYB tərəfindən üzvlük haqqını ödəməyən şəxslərin siyahısının dərc olunanağının bildirilməsi günlərdir müzakirələrə səbəb olub.

 

Oxu.az

Tarix: 21 Yanvar 2026, 17:30   
Избранный
133
4
pravda.az

6Источники