ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
2025-ci il ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rayonlararası qatarları ilə ən çox səyahət edən sərnişin Jalə Ələkbərova olub.
Bu barədə Globalinfo.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, uşaq musiqi məktəbinin müəlliməsi olan Jalə Ələkbərova ötən il ərzində 144 dəfə Gəncə–Qovlar marşrutu üzrə və geriyə səfər edib.
Bildirilib ki, bu göstərici təkcə statistik rəqəm deyil, eyni zamanda onun peşəsinə məsuliyyətini, ADY-yə göstərdiyi etimadı və qatarla səyahətə üstünlük verməsini əks etdirir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.