RU

Təcrübə keçən tələbələrə əməkhaqqı veriləcək? -AÇIQLAMA 

Təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda da əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına icazə veriləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. 

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, belə bir qərarın alınması özlüyündə müsbətdir:

"Çünki tələbələrin gələcək iş həyatında təcrübə keçmələri və əmək müqavilələri bağlanmalarının qeyd olunması müsbət məqam kimi xarakterizə oluna bilər. Bəzən universitet bitirdikdən sonra hər hansı bir işəgötürən dərhal iş təcrübəsi soruşur və o tələbə əmək müqaviləsini təqdim edə bilmir və ya təcrübə keçdiyini əsaslandıra bilmir. Ona görə artıq belə bir fərmanın olması imkan verəcək ki, tələbələr istehsalat təcrübəsi keçdiklərini əmək müqavilələrində də təqdim edə bilsinlər. Bu da onların daha asan iş tapmalarına imkan verəcək amildir".

Mütəxəssis tələbələrə əməkhaqqı verilib-verilməyəcəyi məsələsinə də toxundu:

"Tələbələrə əməkhaqqı verilməsi məsələsi hələ heç müzakirə mövzusu deyil. Sadəcə tələbələr universitetin ixtiyarında təcrübə keçdikləri üçün düşünmürəm ki, orada hansısa bir əməkhaqqı nəzərdə tutulsun. Amma tutularsa yaxşı olar. Amma açığı bunu düşünmürəm. Sadəcə əmək müqavilə bağlanılacaq.

Əslində əmək müqaviləsi bağlanılırsa, görülən işə görə hansısa bir ödəniş olunmalıdır. Amma indi tələbələr də dövlət sifarişində oxuyurlar, dövlət onların hesabına universitetə maliyyə ayırır. Yəqin ki, bu amilləri nəzərə alaraq hansısa bir ödəniş olunmaz".

Aytəkin TOFİQQIZI

Избранный
63
redaktor.az

1Источники