RU

Naxçıvanda yük və sərnişin daşınması artdı

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 7,2 milyon ton yük, 48 milyon nəfər sərnişin daşınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2024-cü illə müqayisədə yük daşınması 1 %, sərnişin daşınması isə 1,3 % artıb.

Xatırladaq ki, ötən il ölkədə 243,2 milyon ton yük, 2 milyard 215,1 milyon nəfər sərnişin daşınıb. Əvvəlki ilə nisbətən yük daşınması 1,8 %, sərnişin daşınması isə 6,1 % artıb.

Yüklərin 62,4 %-i avtomobil, 26,8 %-i boru kəməri, 6,9 %-i dəmir yolu, 3,7 %-i dəniz, 0,2 %-i hava nəqliyyatı ilə, sərnişinlərin isə 89,1 %-i avtomobil, 10,2 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb./report

Oxunub 46

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
2
avtosfer.az

3Источники