RU

"Trabzonspor"un futbolçusu "Anderlext"ə keçib

"Trabzonspor" ötən ilin yanvarında heyətinə cəlb etdiyi Danilo Sikanla yolları ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə  klubun mətbuat xidməti məlumat yayıb.

Ukrayna millisinin üzvü karyerasını Belçikanın "Anderlext" klubunda davam etdirəcək. 24 yaşlı forvardla müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Sikan bu mövsüm "Trabzonspor"da 16 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Şimanski “Renn”də - Ödəniləcək məbləğ bəlli olub

Talişka: "Aleksə bənzədildiyimə görə xoşbəxtəm”

Tedesko: "Qalib gələ bilməsək, işimiz çətinləşəcək"

“Fənərbaxça”nın “Aston Villa” oyunu üçün heyəti: Qayıdanlar və itkilər

Argentinalı futbolçu “Real”ın tarixinə düşüb

Избранный
82
apasport.az

1Источники