“Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir
Ajans.azxəbər verir ki, bəzi meşəlik dağ kəndlərində ağaclar qırılaraqxətlərin üzərinə aşıb, nəticədə qəzalar baş verib. Qar bağlayan bir çox yollarda nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür.Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşlarıböyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır.Artıq əksər kəndlərdə enerjinin verilişi təmin olunub.Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.