RU

“SOCAR Karbamid” zavodunun hədəfləri açıqlanıb

Bakı, 21 yanvar, AZƏRTAC

“SOCAR Karbamid” zavodu olaraq hədəfimiz böyüməkdir. Hazırda zavodun illik istehsalat həcmi 650 min ton olsa da, bu göstəricini 670-680 min tona qaldırmaq üçün nələrə ehtiyac olduğunu izləyirik.

Bu sözləri “SOCAR Karbamid” zavodunun direktoru Kutay Durna AZƏRTAC-a açıqlamasında deyib.

O qeyd edib ki, müəyyən xərclərlə zavodun istehsalatı davam etdirilir və davamlılığı təmin edilir.

“İstehsal etdiyimiz amonyak və karbamid gübrəsindən xammal olaraq istifadə edərək başqa məhsullara çevirmək üçün ağlımızda bəzi düsturlar var. Bununla əlaqədar bir neçə şirkətlərlə görüşdük və işlər davam edir. Növbəti aylarda investisiya qərarı qəbul oluna bilər. Buna təbii ki, SOCAR və İqtisadiyyat Nazirliyi qərar verir. Hədəfimiz daha çox böyümək, daha çox istehsal etmək və gəlirlərimizi artırmaqdır. 2026-cı il üçün də planlarımız 100 faizlik istehsal gücünü təmin etməkdir”,- deyə Kutay Durna diqqətə çatdırıb.

O, həmçinin diqqətə çatdırıb ki, “SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” mükafatına layiq görülərək dünyada ilk dəfə 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir.

Избранный
85
2
azertag.az

3Источники