RU

QHT şəhidlərin ev muzeylərini ziyarət edib - FOTOLAR

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Bərdədə şəhid ailələrinə ziyarət çərçivəsində keçirilən tədbir barədə məlumat verib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, 20 yanvar 2026-cı il tarixində birlik üzvləri ilə birlikdə Bərdə rayonunda şəhid MirSədi Bağırlının ev muzeyi ziyarət olunub. Ziyarət zamanı şəhidin xatirəsi ehtiramla anılıb, ailə üzvləri ilə görüş keçirilib, onların qayğı və problemləri ilə maraqlanılıb. Həmin gün eyni zamanda Bərdə şəhidi Fəxri Qəribzadənin də ev muzeyi ziyarət edilib. Şəhidin həyat və döyüş yolunu əks etdirən eksponatlarla tanış olunub, ailəsinə mənəvi dəstək göstərilib:

"Bu cür ziyarətlərin məqsədi şəhidlərimizin xatirəsini yaşatmaq, ailələrinin yanında olduqlarını göstərmək və gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir. Şəhidlər bizim qürurumuzdur. Onların ailələrinə diqqət və qayğı göstərmək hər birimizin borcudur,” – deyə o qeyd edib.

 

Pərvanə Fərhadqızı

Избранный
60
qht.az

1Источники