RU

Səfir: ABŞ Suriyada separatizm və federalizmə dəstək vermir

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda Suriyada kürdlər üçün ən böyük imkanlar açılır.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Suriya üzrə xüsusi elçisi və Türkiyədəki ABŞ səfiri Tom Barak bildirib.

O, Bəşər Əsədin devrilməsindən sonra, Prezident Əhməd əl-Şaraa rəhbərliyində yeni hökumətin sayəsində mümkün olduğunu vurğulayıb: “Bu, uzun illər ərzində Bəşər Əsəd rejimində mümkün olmayan tam inteqrasiya yolunu təmin edir”.

Tom Barakın sözlərinə görə, ABŞ-ın Suriyanın şimal-şərqində hərbi mövcudluğu əsasən İŞİD-lə mübarizədə tərəfdaşlıq kimi əsaslandırılıb, lakin indiki vəziyyət köklü şəkildə dəyişib: “Suriyada artıq tanınmış mərkəzi hökumət mövcuddur”.

Diplomat qeyd edib ki, ABŞ uzunmüddətli hərbi mövcudluqda maraqlı deyil və indiki prioritetlər İŞİD-in qalıqlarının məhv edilməsi, sülhün dəstəklənməsi və milli birliyin gücləndirilməsidir.

“ABŞ separatizm və federalizmə dəstək vermir”, - o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
3
apa.az

4Источники