RU

2025-ci ildə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə daşınan beynəlxalq yüklərin ümumi həcmi açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 3,06milyard ABŞ dolları dəyərində 7,08 milyon ton həcmində beynəlxalqyük daşınıb.

Bu barədə Trend-əAzərbaycan Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə dəyər ifadəsində 270 milyon ABŞ dolları və ya 8,1%, həcmbaxımından isə 645 min ton və ya 8,4% az olub.

Belə ki, hesabat dövründə dəmir yolu nəqliyyatı iləAzərbaycandan 895,9 milyon ABŞ dolları dəyərində 2,71 milyon tonyük ixrac edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədədəyər ifadəsində 54,9 milyon ABŞ dolları və ya 6,5% çox, həcmbaxımından isə 67 min ton və ya 2,4% azdır.

2025-ci ildə Azərbaycana dəmir yolu nəqliyyatı ilə 4,37 milyonton yük idxal edilib və onların dəyəri 2,164 milyard ABŞ dollarıtəşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədədəyər ifadəsində 325 milyon ABŞ dolları və ya 13,1%, həcmbaxımından isə 578 min ton və ya 11,7% az olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda ümumilikdə yük nəqliyyatvasitələri ilə 58,338 milyon ton yük daşınıb və onların dəyəri49,423 milyard ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü iləmüqayisədə dəyər baxımından 1,811 milyard ABŞ dolları və ya 3,8%çox, həcm baxımından isə 1,369 milyon ton və ya 2,3% azdır.

Hesabat dövründə Azərbaycandan nəqliyyat vasitələri iləümumilikdə 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon tonyük ixrac olunub. Bu, dəyər baxımından əvvəlki illə müqayisədə 42milyon ABŞ dolları və ya 0,9% az, həcm baxımından isə 1,511 milyonton və ya 5,7% azdır.

Hesabat dövründə Azərbaycandan nəqliyyat vasitələri iləümumilikdə 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon tonyük ixrac olunub. Bu, dəyər baxımından əvvəlki illə müqayisədə 42milyon ABŞ dolları və ya 0,9% az, həcm baxımından isə 1,511 milyonton və ya 5,7% azdır.

Məqalədə:
Избранный
77
1
az.trend.az

3Источники