RU

İsrail XİN: Bu ölkələrdə sinoqoqlar hücuma məruz qalıb SİYAHI

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

İsrail Xarici İşlər Nazirliyi (XİN) 2023-cü ildə baş vermiş 7 oktyabr hadisələrindən sonra sinaqoqlara qarşı hücumların qeydə alındığı ölkələrin siyahısını dərc edib.

Bakupost.az xəbər verir ki, İsrail XİN bununla bağlı "X"də paylaşım edib.

"Bu hələ tam siyahı deyil. Bir il sonra Monrealda yenidən sinaqoq hücuma məruz qaldı. Yumşaq hüquq-mühafizə yanaşması hazırda bəziləri üçün rahat görünə bilər, lakin unutmayın ki, proses yəhudilərlə başlaya bilər, amma bizimlə bitməyəcək. Hücum sizin üçün də gələcək", - deyə nazirliyin paylaşımında bildirilib.

Qeyd edək ki, sinaqoqların hücuma məruz qaldığı ölkələrin siyahısında Tunis, Rusiya, Polşa, Kanada, Ermənistan, Avstraliya, Fransa və başqaları yer alırlar.

This isn’t even the full list. In Montréal the synagogue was attacked again a year later.The soft law enforcement may be comfortable for now but never forget - it may start with the Jews, it won’t end with us. They’ll be coming for you next. pic.twitter.com/EP0eQV7MvJ

— Israel Foreign Ministry (@IsraelMFA) January 21, 2026

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
www.bakupost.az

1Источники