RU

Donetsk xəstəxanasında VƏHŞİLİK: Həkimlər əsirin bədəninə şüar DAĞLADI – FOTO

Rusiyalı cərrahlar ukraynalı əsirin qarnına “Slava Rossii” yazıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Sxemi” layihəsi məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin əsir düşmüş hərbçisinin qarnındakı “Slava Rossii” (Rusiyaya eşq olsun) yazısının mənşəyi ilə bağlı şok faktlar üzə çıxıb.

Jurnalist araşdırmasına görə, bu yazı Donetsk xəstəxanasında fəaliyyət göstərən Rusiyanın Krasnodar şəhərindən gəlmiş cərrahlar tərəfindən yandırılaraq yazılıb.

Bildirilir ki, həkimlər əməliyyat zamanı hərbçinin bədəninə həmin sözləri dağlayıblar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
31
interpress.az

1Источники